Bakı,
Azərbaycan
21.10.24
-
21.11.24
İş haqqında məlumat
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə təqdim edilməsi;
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 günlük;
- İş vaxtı: 09:00-18:00.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır;
- Korporativ satışlar üzrə minimum 3 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir;
- Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C;
- Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları;
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı;
- Müstəqil işləmə bacarığı;
- Vaxtın səmərəli idarəolunması bacarığı;
- Öz üzərində işləyən, inkişafa meyilli olmaq;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satışın və bazarın analizini aparmaq bacarığı;
Satış
İKT