Bakı,
Azərbaycan
25.12.24
-
25.01.25
İş haqqında məlumat
- Bütün satınalma fəaliyyətlərinin layihənin icra planına/cədvəlinə və/və ya satınalma strategiyasına, təsdiq edilmiş büdcələr daxilində və satınalma proseslərinə və prosedurlarına uyğun həyata keçirilməsini təmin etmək;
- Satınalma sorğusu/satınalma sifarişləri üçün satınalma fəaliyyətlərini praktiki idarə etmək;
- Əvvəlcədən sifarişlərin çatdırılma tarixlərinin saxlanmasını təmin etmək üçün satınalma, mühəndislik və/yaxud layihənin idarə heyəti ilə müntəzəm baxış görüşləri təşkil edilməsi;
- Biznes ehtiyaclarını müəyyən etmək, mövcud Təchizatçılar, İstehsalçılar ilə əlaqələr qurmaqda son istifadəçilərlə qarşılıqlı əlaqə yaratmaq;
- Təchizatçılardan təkliflər almaq üçün materialların və xidmətlərin alınması üçün Təklif Sorğunun yaradılması;
- Rəhbərliyin təsdiqi üçün kommersiya təkliflərinin qiymətləndirilməsini hazırlamaq;
- Texniki şərhlər almaq üçün son istifadəçi şöbəsi ilə əlaqə saxlamaq; texniki qeydləri kommersiya təkliflərinin qiymətləndirilməsinə daxil edin və satınalma üçün tövsiyə verin;
- Təchizatçılarla görüşlər təşkil etmək və həmin görüşlərdə iştirak etmək;
- Materiallar, avadanlıqlar və xidmətlər üzrə ən yaxşı kommersiya təkliflərini əldə etmək üçün şirkət adından danışıqlar aparmaq;
- Keyfiyyətli məhsul və materialları seçmək və satın almaq üçün araşdırma aparmaq;
- Müraciətlərin gedişatını hazırlamaq və sifarişlərin vəziyyəti ilə bağlı rəhbərliyi yeniləmək;
- Malların yerli daşınmasını təşkil etmək və vaxtında çatdırılmanı təmin etmək üçün sifarişləri izləmək;
- Bütün tender sənədlərinin qeydə alınması və düzgün arxivləşdirilməsi;
- Layihənin satınalma və subpodratçı prosedurlarına uyğun işləmək;
- Rəhbərliyin digər göstərişlərini yerinə yetirmək.
Tələblər
- İqtisadiyyat, Biznesin idarə edilməsi üzrə ixtisas;
- Müvafiq sahədə təlimlərin və sertifikatların olması, səlis Azərbaycan və İngilis dillərin biliyi (Rus dili biliyi üstünlükdür);
- Minimum 5-7 il iş təcrübəsi, Neft və qaz sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- İT sahəsində bilik, Excel-də işləmək və elektron məlumatlarla işləmə bacarıqları;
- Yaxşı ünsiyyət, komanda işi və liderlik bacarıqları;
- Planlaşdırma və tapşırıqları prioritetləşdirmək bacarıqları;
- Multitasking və vaxtın idarə edilməsi bacarıqları;
- İşə məntiqli və sistemli yanaşma bacarıqları.
Satınalma
Neft və qaz