SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Satınalma üzrə aparıcı mütəxəssis

По соглашению 807
Полн. занятость
Баку, Азербайджан
25.12.24 - 25.01.25

O работе

  • Bütün satınalma fəaliyyətlərinin layihənin icra planına/cədvəlinə və/və ya satınalma strategiyasına, təsdiq edilmiş büdcələr daxilində və satınalma proseslərinə və prosedurlarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Satınalma sorğusu/satınalma sifarişləri üçün satınalma fəaliyyətlərini praktiki idarə etmək;
  • Əvvəlcədən sifarişlərin çatdırılma tarixlərinin saxlanmasını təmin etmək üçün satınalma, mühəndislik və/yaxud layihənin idarə heyəti ilə müntəzəm baxış görüşləri təşkil edilməsi;
  • Biznes ehtiyaclarını müəyyən etmək, mövcud Təchizatçılar, İstehsalçılar ilə əlaqələr qurmaqda son istifadəçilərlə qarşılıqlı əlaqə yaratmaq;
  • Təchizatçılardan təkliflər almaq üçün materialların və xidmətlərin alınması üçün Təklif Sorğunun yaradılması;
  • Rəhbərliyin təsdiqi üçün kommersiya təkliflərinin qiymətləndirilməsini hazırlamaq;
  • Texniki şərhlər almaq üçün son istifadəçi şöbəsi ilə əlaqə saxlamaq; texniki qeydləri kommersiya təkliflərinin qiymətləndirilməsinə daxil edin və satınalma üçün tövsiyə verin;
  • Təchizatçılarla görüşlər təşkil etmək və həmin görüşlərdə iştirak etmək;
  • Materiallar, avadanlıqlar və xidmətlər üzrə ən yaxşı kommersiya təkliflərini əldə etmək üçün şirkət adından danışıqlar aparmaq;
  • Keyfiyyətli məhsul və materialları seçmək və satın almaq üçün araşdırma aparmaq;
  • Müraciətlərin gedişatını hazırlamaq və sifarişlərin vəziyyəti ilə bağlı rəhbərliyi yeniləmək;
  • Malların yerli daşınmasını təşkil etmək və vaxtında çatdırılmanı təmin etmək üçün sifarişləri izləmək;
  • Bütün tender sənədlərinin qeydə alınması və düzgün arxivləşdirilməsi;
  • Layihənin satınalma və subpodratçı prosedurlarına uyğun işləmək;
  • Rəhbərliyin digər göstərişlərini yerinə yetirmək.

Требования

  • İqtisadiyyat, Biznesin idarə edilməsi üzrə ixtisas;
  • Müvafiq sahədə təlimlərin və sertifikatların olması, səlis Azərbaycan və İngilis dillərin biliyi (Rus dili biliyi üstünlükdür);
  • Minimum 5-7 il iş təcrübəsi, Neft və qaz sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • İT sahəsində bilik, Excel-də işləmək və elektron məlumatlarla işləmə bacarıqları;
  • Yaxşı ünsiyyət, komanda işi və liderlik bacarıqları;
  • Planlaşdırma və tapşırıqları prioritetləşdirmək bacarıqları;
  • Multitasking və vaxtın idarə edilməsi bacarıqları;
  • İşə məntiqli və sistemli yanaşma bacarıqları.