Aztelekom

Satınalma üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 121
Tam iş günü
Bakı, Azərbaycan
18.07.24 - 17.08.24

İş haqqında məlumat

  • “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarını təşkil etmək;
  • Satınalma planını hazırlamaq və icra etmək;
  • Təchizatçılar ilə ünsiyyət qurmaq;
  • Satınalma prosedurları ilə bağlı sənədləri, təqdimatları və hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Yerli və beynəlxalq bazarları mütəmadi araşdırmaq, malların (işlərin və ya xidmətlərin) təchizatı üzrə tender sənədlərinin, təkliflərin sorğularının və tender sənədləri qiymətlərinin hazırlanmasında iştirak etmək;
  • Tender təkliflərini təhlil etmək, ən sərfəli kommersiya şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələr və sektorlarla birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsini təşkil etmək;
  • Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasını aparmaq;
  • Dövlət satınalmaları portalı üzrə tender elanlarını yerləşdirmək;
  • Qiymət və maliyyə analizlərini həyata keçirmək;
  • İddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək;
  • Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların (iş və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən müqaviləni hazırlamaq;
  • Satınalma prosedurları haqqında hesabat hazırlamaq;
  • Yaranmış problemlər barəsində şöbə müdiri və departament direktoruna dərhal məlumat vermək.

Tələblər

  • Təhsil: İqtisadiyyat, Biznes və ya digər müvafiq sahə üzrə ən azı bakalavr təhsili;
  • Təcrübə: Göstərilən vəzifə üzrə iş təcrübəsi: Dövlət satınalmalarında iş təcrübəsi 2 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
  • Kompüter bacarıqları: Yaxşı səviyədə MS Office bilikləri;
  • Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı.


Elanın müddəti bitmişdir