Баку,
Азербайджан
18.07.24
-
17.08.24
O работе
- “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarını təşkil etmək;
- Satınalma planını hazırlamaq və icra etmək;
- Təchizatçılar ilə ünsiyyət qurmaq;
- Satınalma prosedurları ilə bağlı sənədləri, təqdimatları və hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Yerli və beynəlxalq bazarları mütəmadi araşdırmaq, malların (işlərin və ya xidmətlərin) təchizatı üzrə tender sənədlərinin, təkliflərin sorğularının və tender sənədləri qiymətlərinin hazırlanmasında iştirak etmək;
- Tender təkliflərini təhlil etmək, ən sərfəli kommersiya şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələr və sektorlarla birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsini təşkil etmək;
- Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasını aparmaq;
- Dövlət satınalmaları portalı üzrə tender elanlarını yerləşdirmək;
- Qiymət və maliyyə analizlərini həyata keçirmək;
- İddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək;
- Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların (iş və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən müqaviləni hazırlamaq;
- Satınalma prosedurları haqqında hesabat hazırlamaq;
- Yaranmış problemlər barəsində şöbə müdiri və departament direktoruna dərhal məlumat vermək.
Требования
- Təhsil: İqtisadiyyat, Biznes və ya digər müvafiq sahə üzrə ən azı bakalavr təhsili;
- Təcrübə: Göstərilən vəzifə üzrə iş təcrübəsi: Dövlət satınalmalarında iş təcrübəsi 2 il;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
- Kompüter bacarıqları: Yaxşı səviyədə MS Office bilikləri;
- Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Təqdimat və təsiretmə bacarığı;
- Vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Снабжение
Услуги связи
Срок действия задания истек