Ağdam,
Azərbaycan
09.07.24
-
08.08.24
İş haqqında məlumat
- Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
- Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;
- Layihə üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək və onların icrasını təmin etmək;
- Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
- Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
- Layihənin bütün funksional şöbələri arasında vahid işbirliyinin yaradılması, şirkətin Beynəlxalq Standartlara əsaslanan idarəetmə sisteminin layihə çərçivəsində davamlı surətdə saxlanılması və inkişaf etdirilməsi;
- Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
- Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, o funksiyaların tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsinə nəzarət etmək və onları qiymətləndirmək;
- Əməkdaşların əmək funksiyalarını tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və ya bu barədə baş ofisə sorğu verməli;
- İşçilərin iş qrafiklərinə nəzarət;
- Mehriban komanda;
- Yemək və qalmaq təminatı şirkət tərəfindən təmin edilir;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Təhsil: Ali təhsil (Sənaye mülki tikinti);
- Təcrübə: Müvafiq sahədə 5 ildən yuxarı iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Layihələşdirmənin metodlarını bilməlidir;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
- Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Liderlik qabiliyyətləri, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- Problemləri həll etmək bacarığına malik olmaq;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Vəzifəsi üzrə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir.
İnşaat və tikinti
Tikinti və təmir
Elanın müddəti bitmişdir