Ricon MMC

Sahə rəisi

По соглашению 159
Полн. занятость
Агдам, Азербайджан
09.07.24 - 08.08.24

O работе

  • Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;          
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini  müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
  • Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;
  • Layihə üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək  və onların icrasını təmin etmək;
  • Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi; 
  • Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin  saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
  • Layihənin bütün funksional şöbələri arasında vahid işbirliyinin yaradılması, şirkətin Beynəlxalq Standartlara əsaslanan idarəetmə sisteminin layihə çərçivəsində davamlı surətdə saxlanılması və inkişaf etdirilməsi;
  • Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
  • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, o funksiyaların tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsinə nəzarət etmək və onları qiymətləndirmək;
  • Əməkdaşların əmək funksiyalarını tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və ya bu barədə baş ofisə sorğu verməli;
  • İşçilərin iş qrafiklərinə nəzarət;
  • Mehriban komanda;
  • Yemək və qalmaq təminatı şirkət tərəfindən təmin edilir;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri;
  • İş qrafiki: 6 günlük.

Требования

  • Təhsil: Ali təhsil (Sənaye mülki tikinti);
  • Təcrübə: Müvafiq sahədə  5 ildən yuxarı iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Layihələşdirmənin metodlarını bilməlidir;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
  • Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
  • Liderlik qabiliyyətləri, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Problemləri həll etmək bacarığına malik olmaq;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Vəzifəsi üzrə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir.


Срок действия задания истек

Похожие вакансии