Bakı,
Azərbaycan
27.03.24
-
26.04.24
İş haqqında məlumat
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq;
- Müvafiq hesabatlarla (Texniki, material və aktlar) işləməyi bacarmaq; İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək.
Tələblər
- Təhsil: Ali təhsil (Sənaye və mülki tikinti ixtisası üzrə),
- Kompüter bacarıqları: MS Office proqramları, AutoCad;
- Təcrübə: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir