Fairmont Baku

Reservation Agent/Rezervasiya üzrə Nümayəndə

Ə/h razılaşma ilə 124
Tam iş günü
Bakı, Azərbaycan
14.11.24 - 14.12.24

İş haqqında məlumat

  • Nömrələrin Rezervasiyası, Qiymət Təklifləri və Otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq;
  • Rezervasiya interfeyslərini MRS (Mərkəzi Rezervasiya Sistemi) və MMS (Mülkiyyət Menecmenti Sistemi) arasında nəzarətdən keçirmək və yeniləmək;
  • Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək;
  • Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək;
  • Xüsusi endirimli təkliflərin yoxlanması, izlənməsi və müxtəlif adiyyatı əməliyyat departamentləri ilə bölüşülməsi;
  • Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq;
  • Həftəlik Rezervasiya şöbəsinin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
  • Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
  • Xarici görünüşünə (geyim qaydalarına)  qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
  • Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
  • Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
  • Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
  • Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə təcrübə  (üstünlük verilir);
  • Microsoft Windows kompüter proqramlarını bilmək;
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
  • Diqqətini Qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və İngilis, Azərbaycan və Türk dillərində mükəmməl ünsiyyət etmək;
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.       


Oxşar vakansiyalar