SOCAR

Quyuların əsaslı və yeraltı təmiri üzrə sahə rəisi

1934 ₼
Tam iş günü
Bakı, Azərbaycan
19.04.24 - 19.05.24

İş haqqında məlumat

  • Quraşdırılmış avadanlığın saxlanılması və konservasiyasının düzgünlüyünə nəzarət etmək;
  • Qurğu və avadanlıqlara profilaktik baxış qrafiklərinin yerinə yetirilməsini təmin etmək;
  • Yeni alınmış avadanlıq və alətlərin yararlığının yoxlanlması üçün komissiyanın çağırılmasını təşkil etmək və tərtib edilmiş qüsur aktını imzalamaq;
  • Yeni və işlənmiş avadanlıqların defektoskopiya olunmasında iştirak etmək və defektoskopiya aktını təsdiq etmək;
  • Yan lülənin qazılmasında avadanlıq və texnikanın quraşdırılmasında iştirak etmək və tərtib edilmiş müvafiq aktları imzalamaq;
  • Rəhbərlik etdiyi struktur bölmə üzrə iş bölgüsünü aparmaq;
  • Rəhbərlik etdiyi struktur bölmə üzrə illik əməliyyat planlarını, aylıq, həftəlik və ya gündəlik tapşırıqları hazırlamaq və icrasına nəzarət etmək;
  • İşçilərin seçimində iştirak etmək;
  • İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və inkişafı ilə əlaqədar fəaliyyətləri icra etmək;
  • İşçilərin intizamını təmin etmək;
  • İşçilərin motivasiyası, effektivliyinin artırılması və sosial ehtiyaclarının qarşılanması üçün tədbirləri həyata keçirmək;
  • İşçiləri qiymətləndirmək;
  • Struktur fəaliyyətinin inkişafı üçün planlar və təkliflər hazırlamaq;
  • İşə qəbul imtahanlarında iştirak etmək;
  • Əmək intizamını pozan işçilərin intizam qaydalarına uyğun olaraq cəzalandırılması üçün təkliflər vermək;
  • İllik mal-material və avadanlıqlar üzrə tələbnamələrin hazırlanmasında iştirak və alınmış aktları imzalamaq;
  • Xəbərdarlıq təmir plan qrafikinin hazırlanmasında iştirak etmək;
  • Qəzalı, yan lülənin qazılması və mürəkkəbləşmiş quyular barədə üst qurumun aidiyyatı üzrə istehsalat şöbəsinə məlumat vermək;
  • Quyularda görülən və görüləcək işlər barədə məlumatları rəhbərliyə təqdim etmək;
  • Texniki-iqtisadi göstəricilər, sementin sərfi, yuma işləri və boşdayanmalar haqqında hesabatların müvafiq qaydada hazırlanmasını və təqdim olunmasını təmin etmək;
  • Növbədən kənar hazırlanmış tələbnamələri təsdiqləmək.

Tələblər

  • Quyuların yeraltı və əsaslı təmir texnoloqiyasını və onun təşkilini;
  • Sahəyə aid olan qərar, əmr, sərəncam, və başqa rəhbər materialları;
  • Neft və qaz yataqlarının işlənməsi texnologiyasının əsaslarını;
  • Quyuların yeraltı və əsaslı təmirində istifadə olunan avadanlıqların və alətlərin texniki xarakteristikalarını;
  • Quyunun müayinəsi qaydalarını;
  • Quyuağzının sınanması işlərini;
  • Kəmərdəki defektlərin örtülməsi və kəmərin hermetikliyə sınanması qaydalarını;
  • Quyuların sementlənməsini;
  • Təcridetmə işlərini;
  • Maili istiqamətlənmiş qazma işlərini;
  • Quyudibinin möhkəmləndirilməsi işlərini;
  • Quyudibi zonaya təsiri qaydalarını;
  • Quyularda tutucu işlərini;
  • Quyuların ləğvi və konservasiyası qaydalarını;
  • İşçi meydançanın salınması qaydalarını;
  • Boru kəmərlərinin istismar qaydalarını;
  • Buruq inşaası, quraşdırılması və sökülməsi işlərini;
  • Buruq inşaası, quraşdırılması və sökülməsi işlərini;
  • Qoruyucu kəmərlərdə zədələrin aradan qaldırılması qaydalarını;
  • Quyuağzı avadanlıqların sökülməsi və yığılması işlərini;
  • Səyyar aqreqatların və qurğuların quraşdırılması işlərini;
  • Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını. 
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_applwizard?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEEyQkYxOTkxNjAyMUVERUJGQTgxOTE3OTQyREMwMTc%3d&sap-wd-configid=ZHCM_WDC_RCF_APPLWIZARD_DEF&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-THEME=sap_bluecrystal# linkinə keçid edərək müraciət edə bilər.