Azprotein Foods Group

Qaraj briqadiri

800 ₼ 114
Tam iş günü
Bakı, Azərbaycan
08.02.24 - 09.03.24

İş haqqında məlumat

  • Qarajın gündəlik işinin planlaşdırılması, verilən işlərin təşkili və koordinasiyası;
  • Sürücülərin nəqliyyat vasitələrinə lazımi texniki xidmət göstərilməsinə və təmir işlərinin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət;
  • İşçilərin nizam-intizam qaydalarına riayət edilməsinə nəzarətin təşkil edilməsi;
  • Kadr, maliyyə və digər qısamüddətli və uzumüddətli tələblərin müəyyən edilməsi və zəruri ehtiyat hissələrinin, materialların və avadanlıqların mövcud olmasını və ya qısa müddətdə əldə edilməsini təmin edilməsi;
  • Nəqliyyat vasitələrin, onların elektron və mexaniki komponentlərinin təmirinə və saxlanmasına, həmçinin kilometrajlara nəzarət;
  • Nəqliyyat vasitələrində soyuducu sistemlərin, o cümlədən GPRS sisteminin işlək olub-olmamasına nəzarət;
  • Qarajdakı fəaliyyətin yoxlanması, tamamlanan işlərin müvafiq təhlükəsizlik qaydalarına uyğunluğuna, həmçinin yaranmış nasazlıqların və mövcud olan qüsurların aradan qaldırılmasına nəzarət;
  • Təmir və xidmət işlərinin qeydlərinin aparılması, təkrarlanan və ya mövcud olan nasazlıqların aşkar etmək üçün hesabatların hazırlanması;
  • Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi;
  • Baş vermiş yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulmasının səbəblərinin araşdırılması və təhlil edilməsi;
  • Davamlı fəaliyyətin təmin edilməsi üçün vacib olan ehtiyat hissələr, material və digər lazım olan təchizat vəsaitləri üçün müvafiq planın hazırlanması və həmçinin benzinlərin istifadə edilməsinə və müvafiq xərc planı və hesabatının qurulmasını həyata keçirmək;
  • Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Tələblər

  • Yaş: 30-45;
  • Təhsil: Müfaviq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Təcrübə: 3–5 il müfaviq sahə üzrə;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını (Word, Excel, Outlook) orta səviyyədə bilmək;
  • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməli;
  • Avtonəqliyyat vasitələrinin texniki istismar qaydalarını bilməli;
  • Yol hərəkəti qaydalarını bilməli.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar