Bakı,
Azərbaycan
29.08.24
-
28.09.24
İş haqqında məlumat
- Xidmət sahəsində yük daşınmaları, yükün, xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək;
- Anbarda olan yüklərin siyahısını tərtib etmək:
- Xammal və mal materialları anbara qəbul edərkən, faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək;
- Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
- Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Anbara Malları təhvil almaq və malları təhvil vermək;
- Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək;
- Malın qablaşdırmasına diqqət etmək;
- Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
- Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
- Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək;
- «Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək;
- Anbara qəbul edilmiş mallar barəsində sənədləri Mühasibatlıq şöbəsinin əməkdaşlarına vermək;
- Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
- Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək;
- İş yeri: Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Qida sahəsində ən az 3-4 il anbar təcrübəsi olmalı;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək, 1C proqramında anbar modulunda işləmək.
Nəqliyyat və logistika
Qida
Elanın müddəti bitmişdir