Pərakəndə əməliyyat təlimləri üzrə mütəxəssis (Operation trainings specialist)
Ə/h razılaşma ilə
293
Tam iş günü
Bakı,
Azərbaycan
21.11.24
-
21.12.24
İş haqqında məlumat
- Vəzifə öhdəlikləri Marketlər və baş ofis üçün daxili vəzifələrlə bağlı təlim ehtiyaclarının müəyyən edilməsində iştirak etmək, təlim matrisinin hazırlanması üzərində işləmək;
- Təlimin konsepsiyasının və məzmununun işlənib hazırlanmasında iştirak etmək, təyin olunmuş təlimləri keçirmək;
- Təlim vərəqələri, təlimat materialları, vasitələr və kitabçalar hazırlamaq və ya hazırlıq prosesinə nəzarət etmək;
- Proseslərdə baş verən dəyişikliklərin davam edən proqramlarda əks olunduğunu təmin etmək;
- Keçirilmiş təlim proqramları ilə əlaqəli bütün məlumat bazalarına müvafiq məlumatları zamanında daxil etmək;
- Təlim və inkişaf fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq;
- Vəzifə dəyişikliyi zamanı təlim prosesi ilə əlaqəli qeydləri yoxlamaq və dəyişikliklərin uyğunluğuna nəzarət;
- Bütün zəruri resursların, o cümlədən materialların əvvəlcədən təlim üçün hazırlanması;
- İşçilərin təlim və inkişafında yeni trend və vasitələrdən xəbərdar olmaq;
- Şirkət Siyasətlərinin və Standart Əməliyyat Prosedurlarının hər zaman izlənildiyini və onlara əməl olunduğunu təmin etmək.
Tələblər
- İnsan Resursları üzrə ümumi təcrübələrin başa düşülməsi;
- İctimai nitq / təlim keçirilməsi üzrə özünə inama sahib olmaq;
- Layihələri əlaqələndirmə qabiliyyətinə malik olmaq;
- Yüksək insan yönümlülük və ünsiyyət bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Bir neçə tapşırığı eyni zamanda icra edə bilmə bacarığı;
- Vaxtın idarə edilməsi;
- Komandada çalışma bacarığı;
- Emosional zəka;
- Yaradıcı düşünmə;
- Təşəbbüskarlıq;
- Azərbaycan dili üzrə səlist, İngilis dili üzrə orta səviyyədə biliklərə sahib olmaq. Rus dil biliyi üstünlük təşkil edir;
- MS Office proqramlarını bilmək: Outlook, Power Point, Word;
- Qeyd: Vakansiya üzrə müraciətlər elektron poçt ünvanına mövzu bölməsində “Pərakəndə əməliyyat təlimləri üzrə mütəxəssis” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan resursları
Ticarət
Elanın müddəti bitmişdir