Bakı,
Azərbaycan
17.10.24
-
17.11.24
İş haqqında məlumat
- Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək;
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq;
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq;
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək;
- Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq;
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək;
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək;
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək;
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq;
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək;
- İtkilər və tullantıları minimuma endirmək məqsədilə bütün istismar avadanlıqları və ləvazimatları ehtiyatla istifadə etmək;
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək;
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və restoranın, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək;
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq;
- Restoranın müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək;
- Restoranın ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
- İş günü həftədə 6 gün, İstirahət həftədə 1 gün;
- Azərbaycan Respublikasının Əmək məcəlləsi əsasında rəsmiləşdirmə;
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Tələblər
- Müvafiq sahədə 1 il təcrübə;
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək;
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı;
- Azərbaycan və rus dillərini bilmək. (İngilis dili arzu olunandır).
Ofisiant
Ticarət
Elanın müddəti bitmişdir