IRIX

Ofis meneceri

600 - 900 ₼ 2631
Tam iş günü
Bakı, Azərbaycan
03.01.25 - 03.02.25

İş haqqında məlumat

  • Gələn zənglərin qəbulu və yönləndirilməsi;
  • Müştərilərin və qonaqların qəbulu;
  • Tender elanlarının izlənib, iştirak edə biləcəyimiz tenderlərin tapılması;
  • Şirkətin və rəhbərin mail ünvanlarına gələn məktubların cavablandırılması və yönləndirilməsi;
  • Bütün ümumi kanallardan daxil olan sorğuların və tenderlərin CRM/ERP sistemdə qeydiyyatı və bölüşdürülməsi;
  • Sorğu və sifarişlər daxil olmaqla bütün tapşırıq və işlərin tapşırıqlar halında erp sisteminə yığılıb əməkdaşlar arasında bölüşdürülməsi və icrasına nəzarət;
  • Tenderdə iştirak üçün lazım olan sənədlərin hazırlanması və yüklənməsi;
  • Məktub və sənədlərin hazırlanması, qeydiyyatı, kargüzarlıq;
  • Rəhbərliyə işlərində köməklik göstərmək (telefon danışıqları və yazışmalar);
  • Dövrü işlər barədə rəhbərliyə xatırlatmalar etmək;
  • Rəhbərliyin işgüzar görüşlərinin planlanması, təşkili və lazım gəldikdə iştirak edilməsi;
  • Sorğuların vaxtında qiymətləndirilməsinə və cavablandırılmasına nəzarət;
  • Həftəlik və aylıq görülmüş işlər, davamiyyət və növbəti planlar barədə hesabatların hazırlanması;
  • Həftə içi 5 iş günü.

Tələblər

  • Sərbəst danışıq səviyyəsində Azərbaycan və İngilis dili bilikləri, Rus dili üstünlükdür;
  • Güclü kompüter istifadəçisi, ofis proqramları və sərbəst internet istifadəçisi bilikləri, sürətli çap;
  • İşgüzar geyim və davranış tərzi, səlis nitq və danışıqlar aparma bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq;
  • Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları;
  • Öyrənməyə və inkişafa meyillilik;
  • Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər üçün köməkçi dərsliklər verilir, mütləq öyrənilməlidir).

Oxşar vakansiyalar