Bakı,
Azərbaycan
25.07.24
-
24.08.24
İş haqqında məlumat
- Əməkdaşları tələb olunan mal-material, inventar və ofis ləvazimatı ilə təmin etmək;
- Əməkdaşlardan daxil olan ofis ləvazimatlar, mebel və s. ofis avadanlığı sifarişlərini qəbul etmək və qruplaşdırmaq;
- Daxil olan sifarişlərlə bağlı ehtiyacı araşdırmaq və inzibati və təşkilati işlər üzrə menecerə bildirmək;
- Toplanmış və qruplaşdırılmış sifarişləri müəyyən intervallarla müəssisə rəhbərinə təsdiqlədərək daxili satınalma strukturuna təqdim etmək;
- Ofislərdəki maddi qiymətlilərin təmizliyinə və saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Tələb olunduqda ofis avadanlıqlarının təmirini və yenilənməsini təmin etmək;
- 3 ayda 1 dəfədən az olmayaraq ofislərdəki inventarlar və digər əsas vəsaitləri, mal-material və qiymətliləri, həmçinin ada təhkim olunmuş maddi vəsaitləri siyahıya almaq, siyahı üzrə yoxlamaq və hesabatını 2 gün ərzində mühasibatlıq strukturuna təqdim etmək;
- Sanitar qovşağının və digər kommunal sistemlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Ehtiyac olduqda təmir və baxım üçün müvafiq mütəxəssisləri cəlb etmək, tələb olunan təmir materiallarının sifarişini hazırlayaraq təchizat strukturuna təqdim etmək;
- Qonaqlar üçün ərzaq təminatı, habelə əməkdaşlar üçün nəzərdə tutulmuş su, çay və s. ərzaq mallarının təyin edilmiş limit çərçivəsində həftəlik alışını icra etmək;
- Daxili qaydalara əsasən gələn telefon zənglərinə cavab vermək və yönləndirmək;
- İş səyahəti edən əməkdaşlar üçün korporativ taksi, daxili kuryer sifarişi vermək, nəqliyyat biletlərini almaq;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:30 - 17:30;
- İş yeri: Ziya Bünyadov 1965, ‘’Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Ofis meneceri kimi 1+ il iş təcrübəsi;
- Sənədlərlə işləmə bacarığı;
- Kargüzarlıq və uçot təcrübəsi.
Ofis idarəçiliyi
Kənd təsərrüfatı
Elanın müddəti bitmişdir