AzərEnerji ASC

Növbətçi elektrik montyoru

660 ₼ 111
Tam iş günü
Bakı, Azərbaycan
15.01.24 - 14.02.24

İş haqqında məlumat

  • Elektrik avadanlıqlarında operativ əməliyyat çevrilməsi;
  • Elektrik  avadanlıqların normal iş rejiminə nəzarət edilməsi, qəza hallarının qarşısının alınması;
  • Elektrik avadanlıqlarında avtomatika və siqnalizasiyanın fasiləsiz işləməsinin təmin edilməsi;
  • Stansiyada olan avadanlıqlara və qurğulara baxış keçirilməsi;
  • Elektrik alətlərinin dövrəyə qoşulması;
  • Güc transformatorlarının soyutma sistemində yağın və ventilyasiyanın işlək olmasına və mühərrikilərdə stator və yastıqlarının temperaturuna nəzarət edilməsi;
  •  Elektrik mühərriklərində yükün əlavə yüklənmədən artiq olmamasına nəzarət edilməsi;
  • Texniki təhlükəsizlik, texniki istismar, yanğın təhlükəsizliyi və istehsalat sanitariyasının norma və qaydalarına düzgün riayət etmək.

Tələblər

  • Əsas və köməkçi elektrik avadanlıqlarının iş prinsipi, quruluşu və xarakteristikası;
  • Transformator və generatorun iş prinsipi;
  • Sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylayıcı qurğu aparatlarının elektrik cihazlarının, qoruyucuların, akkumulyatorların, kondensatorların, nəzarətedicilərin, düzləndiricilərin quruluşunu bilmək;
  • Yüksək gərginlikli elektrik xəttlərin lehimlənmə üsullarını;
  • Nəzarət-ölçü cihazlarının quruluşunu, təyinatını və tətbiqi şərtlərini;
  • Elektrik şəbəkələrində zədələnmiş kabellərdə zədə yerlərinin aşkar edilməsi metodlarını və onların aradan qaldırılması üsullarını;
  • Elektrik avadanlıqlarının artıq gərginlikdən mühafizəsi üsullarını;
  • Elektrik mühərriki, transformator, kabel və xəttlərin yüklənməsinin müəyyənləşdirilməsini;
  • Yanğından mühafizənin, həmçinin istehsalat sanitariyasının norma və metodlarını.
  • Vakansiya ilə maraqlanan şəxslər http://ir.azerenerji.gov.az/apply/39 linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar