166 Yükdaşıma və Logistika

Nəqliyyat proseslərinin idarə olunması üzrə mütəxəssiss

Ə/h razılaşma ilə 1216
Tam iş günü
Bakı, Azərbaycan
08.01.25 - 31.01.25

İş haqqında məlumat

  • Günlük və aylıq yanacaq sərfiyyatını izləmək, yüksək sərfiyyat hallarında səbəbləri təhlil etmək;
  • Yanacaq oğurluğunun və ya israfının qarşısını almaq üçün monitorinq sistemlərini tətbiq etmək;
  • Avtomobillərin texniki vəziyyətini mütəmadi olaraq yoxlamaq;
  • Texniki nasazlıqların vaxtında aşkar edilməsi və təmir işlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq şöbələrlə əməkdaşlıq etmək;
  • Sürücü davranışlarını izləmək və qaydalara uyğunluğunu təmin etmək;
  • Sürücülərə təhlükəsiz sürücülük, yanacaq qənaəti və müştəri məmnuniyyəti ilə bağlı təlimlər keçmək;
  • Sürücülərin performans məlumatlarını toplamaq, analiz etmək və KPI sisteminə uyğun hesabatlar hazırlamaq;
  • Yüksək performans göstərən sürücüləri müəyyən etmək və mükafatlandırma üçün rəhbərliyə tövsiyələr təqdim etmək;
  • Günlük sifarişlər üzrə gecikmələri izləmək, səbəblərini araşdırmaq və önləyici tədbirlər hazırlamaq;
  • Müştəri sifarişlərinin vaxtında çatdırılmasını təmin etmək üçün sürücülərlə effektiv kommunikasiya qurmaq;
  • Rəqəmsal alətlərin və analitik metodların tətbiqi ilə iş proseslərinin təkmilləşdirilməsi.
  • Nəqliyyat vasitələrinin marşrutlarını optimallaşdırmaq, sifarişlərin daha qısa zamanda və səmərəli şəkildə çatdırılmasını təmin etmək;
  • Yanacaq sərfiyyatı, təmir işləri, sifarişlər və sürücü performansına dair günlük və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İş qrafiki: 09:00-18:00;
  • Ünvan: Xırdalan şəhəri.

Tələblər

  • Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Nəqliyyat, logistika və təmir sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Yanacaq sərfiyyatı, texniki təmir və marşrut optimallaşdırılması üzrə biliklər;
  • MS Excel və Power BI-dan istifadə bacarığı;
  • Sürücü və işçi qrupları ilə əməkdaşlıq təcrübəsi;
  • Supply Chain və ya Logistika üzrə sertifikatların olması üstünlükdür.

Oxşar vakansiyalar