Azersun Holding

Müştəri xidmətləri üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.05.24 - 13.06.24

İş haqqında məlumat

  • Müəssisə: Dreamland Entertaiment;
  • Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
  • İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
  • Müştərilərə məhsul, qiymət, kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək;
  • Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması;
  • Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək; 
  • Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
  • Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq;
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
  • Kompüter bacarıqları: MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Dil bilikləri: İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Mükəmməl təqdimat bacarığı olmalı.


Oxşar vakansiyalar