Umico (Competo MMC)

Müştəri məmnuniyyətinin artırılması üzrə mütəxəssis

Ə/h razılaşma ilə 97
Tam iş günü
Bakı, Azərbaycan
03.12.24 - 03.01.25

İş haqqında məlumat

  • Müştərilərin maraq və hüquqlarını fəal şəkildə müdafiə edən vəkil kimi çıxış etmək;
  • Müxtəlif kanallar vasitəsilə daxil olan müştəri şikayətlərini effektiv şəkildə idarə etmək;
  • Müxtəlif mənbələrdən yaranan mürəkkəb və kritik vəziyyətlərin təhlili və onların həlli üçün lazımı tədbirlərin görülməsinə cavabdehdir;
  • Problemli vəziyyətlərin təhlilinin nəticələrinə əsasən müştərilərə kompensasiyaların ödənilməsi ilə bağlı qərarların qəbul edilməsi;
  • Daxil olan şikayətləri diqqətlə təhlil edib, xidmət üçün maneələri müəyyənləşdirib və onların təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi;
  • Müştəri təcrübəsini optimallaşdırmaq, texniki problemlər və qeyri-dəqiqliklər daxil olmaqla, proses boşluqlarını müəyyən etmək üçün rəhbərliyə və müvafiq şöbələrə tövsiyələr vermək;
  • Komanda Rəhbəri və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
  • İş rejimi: 5/2;
  • İş yeri: Ağ Şəhər Ofis binası.

Tələblər

  • Çağrı mərkəzində, müştəri xidməti və ya oxşar müştəri xidməti mühitində iş təcrübəsi;
  • Yüksək həcmli mühitlərdə səmərəli işləmək və mənfi təcrübələri olan müştərilərlə qarşılıqlı əlaqədə olmaq istəyi;
  • Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Microsoft Office proqramları (Word, Excel, Outlook, Power Point) üzrə peşəkar biliklər;
  • Ünsiyyət bacarıqları və müştərilərə qarşı güclü məsuliyyət hissi;
  • Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni "Müştəri məmnuniyyətinin artırılması üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.