Bakı,
Azərbaycan
30.10.24
-
30.11.24
İş haqqında məlumat
- Şirkətin təmin və təqdim etdiyi alətlər vasitəsilə müştəri sorğularına vaxtında və dəqiq cavab vermək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
- Müştəri şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək;
- Müştərilərin rəyini toplayıb, Məhsul Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək;
- Şirkətin ünsiyyət prosedurlarına, təlimatlarına və siyasətlərinə əməl etmək;
- Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması;
- Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi;
- Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək;
- Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq;
- İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək;
- Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək;
- Müştəriyə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək;
- Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq;
- Müştərilərə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq.
Tələblər
- İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi;
- Müştəri xidmətləri, test və ya təlim sahəsində minimum 2 illik təcrübə;
- Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür;
- MS Office, Service Desk, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
- Baza SQL bilikləri üstünlükdür;
- Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma);
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti;
- Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
- Komandada işləmə bacarığı;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
- Ünsiyyət bacarığı;
- Güclü iş etikası;
- Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
- Detallara diqqət;
- Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.
Müştəri xidmətləri
İKT