Bakı,
Azərbaycan
17.12.24
-
30.12.24
İş haqqında məlumat
- Sənədləşdirmə sistemi, texniki xidmətin idarə edilməsi proqramı və binanın idarə edilməsi sistemi ilə sənədlərin səliqəli şəkildə qeyd olunmasını və onlara nəzarəti təmin və təşviq etmək;
- Müvafiq hallarda mühəndislik xidməti / əməliyyatlar, habelə texniki xidmət ilə əlaqəli hesabatlar tərtib etmək;
- Texniki xidmət təlimatları və çertyojlarının dəqiqliyi və bütövlüyünü təmin etmək;
- Zəruri ehtiyat hissələr və avadanlıqlar üzrə inventarların hazırlanmasında iştirak etmək;
- Şöbənin biznes planından xəbərdar olmaq və şöbənin Mühəndislik xidməti / Əməliyyatlar və texniki xidmət, müqavilə xidmətləri və ehtiyat hissələr inventarının iqtisadi baxımdan rentabelliyinə nəzarət işində fəal şəkildə iştirak etmək;
- Bütün texniki ərazilər, kommutasiya otaqları, mətbəxlər, camaşırxana və əlaqəli ərazilər, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün Mühəndislik xidməti/Əməliyyatlar, habelə texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə. Mühəndislik şöbəsinin Baş mühəndisin müavininə köməklik etmək;
- Müvafiq hallarda kənar podratçılar ilə birgə xüsusi layihələr və ya mebel, avadanlıqlar və qurğularla bağlı təşəbbüsləri yerinə yetirmək;
- Tələb olunduqda, digər iş növbələrində işləmək;
- Profilaktik texniki xidmət proqramları və binaya avtomatik nəzarət sistemlərinin işlənib hazırlanmasına kömək etmək;
- Biznes ehtiyaclarının təmin edilməsi üçün Mühəndislik şöbəsində gündəlik təlimatlarda iştirak etmək;
- Mütəmadi olaraq əməliyyatlar və texniki xidmətlərin təkmilləşdirilməsinə dəstək vermək;
- Bütün işçilərin rifahı və texniki təhlükəsizliyi kimi məsələlərlə fəal şəkildə məşğul olmaq;
- Həyat fəaliyyətinin texniki təhlükəsizliyi, əməyin peşəkar gigiyenası və texniki təhlükəsizliklə bağlı qüvvədə olan qanunlardan xəbərdar olmaq;
- Fövqəladə hadisə zamanı öhdəliklərlə bağlı tələblər haqqında tam anlayışı olmaq;
- Tələb olunduqda, liftdə qəza hadisələrinə dair təhlükəsizlik prosedurlarını həyata keçirmək;
- Həyat fəaliyyətinin texniki təhlükəsizliyi və yanğından mühafizə avadanlıqlarının müntəzəm yoxlanılması və sınaqdan keçirilməsi ilə bağlı planlı tədbirlərə kömək etmək;
- Müvafiq əlcəklər, dəbilqələr, çəkmələr və təhlükəsizlik nərdivanlarından istifadə etməklə, təhlükəsiz iş mühitini təmin etmək üçün bütün müvafiq qabaqlayıcı tədbirləri həyata keçirmək;
- Soyuducu kameralar və dondurucular, buz aqreqatları, soyuducu aparatları qeyd edildiyi kimi təmizləmək və xidmət göstərmək;
- Bütün hava kondisionerləri və soyuducuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə yoxlamaq;
- Bütün mətbəx və bar avadanlıqlarını təmir etmək və texniki xidmət göstərmək;
- Otelin taxta elementlərində hər hansı dəyişikliklər daxil olmaqla, tavan və divarların təmiri kimi struktur və xarratlıq işlərini həyata keçirmək.
- Otaqlarda və ictimai ərazilərdə planlaşdırılmış texniki təmir işlərini həyata keçirmək;
- Kommersiya təkliflərinin və müvafiq işlərlə əlaqəli xərclərin hesablanmasının tərtib edilməsində iştirak etmək;
- Çilingər olmadıqda, qıfıl və açarlara texniki xidmət göstərilməsinə görə cavabdeh olmaq;
- Tələb olunduqda. banket ləvazimatları və s. hazırlamaq;
- Mühəndislik şöbəsinin Baş mühəndisin müavini və ya Təsərrüfat şöbəsinin rəisi razılığı ilə açarların surətlərini hazırlamaq;
- Mühəndislik şöbəsinin Baş mühəndisin müavini tərəfindən təyin edilən bütün digər öhdəlikləri / vəzifələri icra etmək;
- Öz bacarıqlarının artırılması üçün mühəndislər ilə qarşılıqlı təlim keçmək.
Tələblər
- Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
- Təmir və lehimləmə işlərinin aparılması bacarıqları;
- Çevik iş qrafiklərində işləmək bacarığı;
- Əməyin təhlükəsizliyi və sağlamlığı qaydalarına dair möhkəm anlayış;
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);
- Şöbənin idarə edilməsi üçün zəruri kompyuter proqramlarından istifadə etmək bacarığı;
- Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühəndislik üzrə qrup rəhbəri” qeyd edərək CV-lərini qeyd edilmiş elektron ünvanına göndərmələri xahiş olunur.
Mühəndislik
Turizm