Baku Marriott Hotel Boulevard

Mühəndislik üzrə qrup rəhbəri

По соглашению 791
Полн. занятость
Баку, Азербайджан
17.12.24 - 30.12.24

O работе

  • Sənədləşdirmə sistemi, texniki xidmətin idarə edilməsi proqramı və binanın idarə edilməsi sistemi ilə sənədlərin səliqəli şəkildə qeyd olunmasını və onlara nəzarəti təmin və təşviq etmək;
  • Müvafiq hallarda mühəndislik xidməti / əməliyyatlar, habelə texniki xidmət ilə əlaqəli hesabatlar tərtib etmək;
  • Texniki xidmət təlimatları və çertyojlarının dəqiqliyi və bütövlüyünü təmin etmək;
  • Zəruri ehtiyat hissələr və avadanlıqlar üzrə inventarların hazırlanmasında iştirak etmək;
  • Şöbənin biznes planından xəbərdar olmaq və şöbənin Mühəndislik xidməti / Əməliyyatlar və texniki xidmət, müqavilə xidmətləri və ehtiyat hissələr inventarının iqtisadi baxımdan rentabelliyinə nəzarət işində fəal şəkildə iştirak etmək;
  • Bütün texniki ərazilər, kommutasiya otaqları, mətbəxlər, camaşırxana və əlaqəli ərazilər, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün Mühəndislik xidməti/Əməliyyatlar, habelə texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə. Mühəndislik şöbəsinin Baş mühəndisin müavininə köməklik etmək;
  • Müvafiq hallarda kənar podratçılar ilə birgə xüsusi layihələr və ya mebel, avadanlıqlar və qurğularla bağlı təşəbbüsləri yerinə yetirmək;
  • Tələb olunduqda, digər iş növbələrində işləmək;
  • Profilaktik texniki xidmət proqramları və binaya avtomatik nəzarət sistemlərinin işlənib hazırlanmasına kömək etmək;
  • Biznes ehtiyaclarının təmin edilməsi üçün Mühəndislik şöbəsində gündəlik təlimatlarda iştirak etmək;
  • Mütəmadi olaraq əməliyyatlar və texniki xidmətlərin təkmilləşdirilməsinə dəstək vermək;
  • Bütün işçilərin rifahı və texniki təhlükəsizliyi kimi məsələlərlə fəal şəkildə məşğul olmaq;
  • Həyat fəaliyyətinin texniki təhlükəsizliyi, əməyin peşəkar gigiyenası və texniki təhlükəsizliklə bağlı qüvvədə olan qanunlardan xəbərdar olmaq;
  • Fövqəladə  hadisə zamanı öhdəliklərlə bağlı tələblər haqqında tam anlayışı olmaq;
  • Tələb olunduqda, liftdə qəza hadisələrinə dair təhlükəsizlik prosedurlarını həyata keçirmək;
  • Həyat fəaliyyətinin texniki təhlükəsizliyi və yanğından mühafizə avadanlıqlarının müntəzəm yoxlanılması və sınaqdan keçirilməsi ilə bağlı planlı tədbirlərə kömək etmək;
  • Müvafiq əlcəklər, dəbilqələr, çəkmələr və təhlükəsizlik nərdivanlarından istifadə etməklə, təhlükəsiz iş mühitini təmin etmək üçün bütün müvafiq qabaqlayıcı tədbirləri həyata keçirmək;
  • Soyuducu kameralar və dondurucular, buz aqreqatları, soyuducu aparatları qeyd edildiyi kimi təmizləmək və xidmət göstərmək;
  • Bütün hava kondisionerləri və soyuducuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə yoxlamaq;
  • Bütün mətbəx və bar avadanlıqlarını təmir etmək və texniki xidmət göstərmək;
  • Otelin taxta elementlərində hər hansı dəyişikliklər daxil olmaqla, tavan və divarların təmiri kimi struktur və xarratlıq işlərini həyata keçirmək.
  • Otaqlarda və ictimai ərazilərdə planlaşdırılmış texniki təmir işlərini həyata keçirmək;
  • Kommersiya təkliflərinin və müvafiq işlərlə əlaqəli xərclərin hesablanmasının tərtib edilməsində iştirak etmək;
  • Çilingər olmadıqda, qıfıl və açarlara texniki xidmət göstərilməsinə görə cavabdeh olmaq;
  • Tələb olunduqda. banket ləvazimatları və s. hazırlamaq;
  • Mühəndislik şöbəsinin Baş mühəndisin müavini və ya Təsərrüfat şöbəsinin rəisi razılığı ilə açarların surətlərini hazırlamaq;
  • Mühəndislik şöbəsinin Baş mühəndisin müavini tərəfindən təyin edilən bütün digər öhdəlikləri / vəzifələri icra etmək;
  • Öz bacarıqlarının artırılması üçün mühəndislər ilə qarşılıqlı təlim keçmək.

Требования

  • Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
  • Təmir və lehimləmə işlərinin aparılması bacarıqları;
  • Çevik iş qrafiklərində işləmək bacarığı;
  • Əməyin təhlükəsizliyi və sağlamlığı qaydalarına dair möhkəm anlayış;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);
  • Şöbənin idarə edilməsi üçün zəruri kompyuter proqramlarından istifadə etmək bacarığı;
  • Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühəndislik üzrə qrup rəhbəri” qeyd edərək CV-lərini qeyd edilmiş elektron ünvanına göndərmələri xahiş olunur. 

Похожие вакансии