Zəngilan,
Azərbaycan
17.06.24
-
17.07.24
İş haqqında məlumat
- Layihələr üzrə layihə smeta sənədlərinin, habelə tikinti-quraşdırma işlərinin aparılması üçün təqvim qrafiklərinin hazırlanmasını təmin edir;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalları dəyərləndirir;
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikini və mobilizasiya qrafikini hazırlayır;
- Tender sənədlərinin hazırlanmasında iştirak edir;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət edir;
- Podratçılardan detallı iş qrafikinin alınmasını təmin edir və analiz edərək düzəlişlər edir və ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasına köməklik edir;
- Layihə smeta sənədləri və təqvim-qrafiki əsasında aşağıdakı göstəriən işlərin icrasını təmin edir;
- Materialların təchizat qrafiklərini hazırlayır;
- Əmək resurslarına, maşın və mexanizmlərə olan tələbat planını hazırlayır;
- Tikinti-quraşdırma işlərininin gedişatı barədə təqdim olunmuş hesabatların yoxlanılmasını həyata keçirir;
- Tikinti-quraşdırma işlərinin aylıq, rüblük və illik planlarını hazırlayır;
- Tikinti-quraşdırma işlərinin qeydiyyatını aparır və onların faktiki icrasına dair təqdim olunan gündəlik hesabatların nəzərdə tutulmuş iş planları ilə müqayisəli analizlərini aparır;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir;
- Təminatlar: telefon danışığı, nahar;
- İş qrafiki: 6 günlük;
- İş yeri: Qarabağ bölgəsi (Zəngilan rayonu).
Tələblər
- Təhsil: Ali təhsil (bakalavr);
- Kompüter bacarıqları: Microsoft Office, AutoCad, Ms. Project (mütləqdir);
- Dil vilikləri: Azərbaycan dili sərbəst, İngilis və rus dili arzuolunandır;
- Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
- Primavera arzuolunandır;
- Tikinti, əmək qanunvericiliyini və digər normativ-hüquqi aktları;
- Tikinti obyektinin idarə olunmasını, planlaşdırılmasını, tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını;
- Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;
- İşçilərin gündəlik iş normalarını, əməyin qiymətləndirilməsi və hesablanması qaydalarını;
- İqtisadiyyatın əsaslarını, əməyin, istehsalın və idarəetmənin təşkil olunmasını;
- Daxili nizam-intizam qaydalarını;
- Əməyin mühafizəsi qaydalarını və normalarını bilməli.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir