Azərsulfat

Mühasib

Ə/h razılaşma ilə 403
Tam iş günü
Sumqayıt, Azərbaycan
06.12.24 - 06.01.25

İş haqqında məlumat

  • Şirkətdə mühasibat uçotunun təşkili və gündəlik əməliyyatların aparılmasını təmin etmək;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron qaimə faktura, hesab fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Gənc və professional kollektivlə çalışmaq;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera inkişafı üçün şərait;
  • İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar);
  • Əmək haqqı: (bilik və bacarıqlara uyğun);
  • İş yeri: Sumqayıt, Kimya Sənaye parkı;
  • Qeyd: Yalnız Sumqayıt şəhərində və ona yaxın ərazilərdə yaşayan, vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir. 

Tələblər

  • Yaş həddi: 28-40;
  • Cins: Xanım;
  • Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi Consulting -və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
  • Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
  • Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
  • Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
  • Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
  • Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib”  qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Oxşar vakansiyalar