Сумгаит,
Азербайджан
06.12.24
-
06.01.25
O работе
- Şirkətdə mühasibat uçotunun təşkili və gündəlik əməliyyatların aparılmasını təmin etmək;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Elektron qaimə faktura, hesab fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- Gənc və professional kollektivlə çalışmaq;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera inkişafı üçün şərait;
- İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar);
- Əmək haqqı: (bilik və bacarıqlara uyğun);
- İş yeri: Sumqayıt, Kimya Sənaye parkı;
- Qeyd: Yalnız Sumqayıt şəhərində və ona yaxın ərazilərdə yaşayan, vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir.
Требования
- Yaş həddi: 28-40;
- Cins: Xanım;
- Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
- İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi Consulting -və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
- Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
- Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
- Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
- Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
- Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib” qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Бухгалтер
Профессиональные услуги