AzerFloat

Mühasib

Ə/h razılaşma ilə 108
Tam iş günü
Sumqayıt, Azərbaycan
26.08.24 - 25.09.24

İş haqqında məlumat

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət etmək;
  • Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq orderlərə daxil edilməsi;
  • Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
  • Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların
  • Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
  • Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərini normativ hüquqi aktlara uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
  • Tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 – 18:00;
  • İş yeri: Azerfloat QSC Bakı ofisi.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: ERP –SAP proqramında işləmək bacarığının olması arzuolunandır, Excel-də mükəmməl işləmə bacarığı, ACCA F2, F3 arzuolunandır;
  • Dil bilikləri: İngilis dili üstünlükdür, rus dili arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət qurmaq qabiliyyəti;
  • Düzgün analiz edə bilmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək.


Oxşar vakansiyalar