Melissa Group

Mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.04.24 - 17.05.24

İş haqqında məlumat

  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılması;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  •  Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  •  Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əməkhaqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək; 
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Yaş: 25-35;
  • Cinsi: Kişi;
  • Təhsil: Ali iqtisadi təhsil;
  • Təcrübə: Mühasib kimi istehsalat, xidmət və satış sektorunda 1 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri), 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti;
  • Gərgin mühit və  qrafikdə səmərəli işləmə bacarığı.


Oxşar vakansiyalar