Bakı,
Azərbaycan
26.04.24
-
26.05.24
İş haqqında məlumat
- 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi;
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi;
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
- İnventarlaşdırmada iştirak;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C mühasibat proqramına daxil etmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
- Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək;
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı;
- İş qrafiki: 5 günlük;
- İş yeri: Çinar Park Biznes Mərkəzi, Ziya Bünyadov 1965.
Tələblər
- Təcrübə: Müvafiq sahədə minimum 3-5 illik iş təcrübəsi;
- Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dili, Rus dili;
- Kompüter bacarıqları: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək;
- Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür;
- AR Vergi Məcəlləsini bilməli.
Mühasib
Tikinti və təmir