Kristal Abşeron

Mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.03.24 - 14.04.24

İş haqqında məlumat

  • Aylıq, rüblük, illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyətlərin, son haqq hesab hesablanması;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
  • 1C mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24.

Tələblər

  • Təhsil: Ali təhsil (Maliyyə, mühasibat uçotu və ya audit);
  • Təcrübə: Müvafiq sahə üzrə 3-5 il;
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları), BTP, 1C;
  • Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
  • E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Peşəkar Mühasib Sertifikatının (PMS) olması.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar