Norm ASC

Mexaniki planlama üzrə mühəndis

Ə/h razılaşma ilə 958
Tam iş günü
Bakı, Azərbaycan
28.01.25 - 28.02.25

İş haqqında məlumat

  • Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə nəzarət;
  • Gündəlik və həftəlik planlama iclaslarının təşkil edilməsi, iş planlarının hazırlanması, iş əmrlərinin yaradılması;
  • Sahədən gələn uyğunsuzlaqların və bildirişlərin araşdırılması, SAP PM modulunda bildirişlərin yaradılması;
  • Mexaniki təmir və Planlama şöbəsi üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, sifariş tələbini bildirmək və yaratmaq;
  • Günlük, həftəlik, və illik təmir və təftiş planlarının hazırlamaq;
  • Təmir və təftiş işlərinin qurğunun pasportunda qeyd etmək;
  • Dövlət qurumları tərəfindən həyata keçiriləcək illik yoxlamaları üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq periodik yoxlamaların aparılmasını və testlərin həyata keçirilməsini təmin etmək;
  • Təhlükəsiz və davamlı iş şəraitini təmin etmək;
  • Yararsız qaldırıcı qurğular və alətlərin istismardan çıxarılması təmin edilməsi. (aktların tərtib edilməsi);
  • Sertifikatların uyğunluğunun yoxlanması və təmin edilməsi;
  • İstismar və təmir təlimatların və risklərin dəyərləndirilməsi  formlarının hazırlanması və izlənməsi;
  • Texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması və kritik hissələrin anbar mövcudluğunu təmin etmək;
  • Qaldırıcı qurğular və alətlər üçün illik texniki təmir xərclərinin və büdcənin hazırlanması;
  • Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və son yoxlamaların aparılması və hesabatların hazırlanması;
  • Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqların və cihazların testlərində iştirak etmək;
  • Avadanlıqlarda tənzimləmə və ölçüm işlərinində yaxından iştirak etmək;
  • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin texniki müqavilələrin hazırlanmasında iştirak etmək;
  • Avadanlıqların nasazlıqları səbəbindən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramlarda iştirak etmək;
  • Illik Büdcənin tərtib edilməsi üçün istifadə ediləcək ehtiyat hissələrinin siyahisinin tərtib edilməsi və istifadəsinə nəzarət;
  • Qaldırıcı qurğular və alətlər üçün illik texniki təmir xərclərinin və büdcənin hazırlanması;
  • Zavod illik təmir və təftiş planına uyğun olaraq illik təmir planının hazırlanmasında iştirak etmək və təmirin izləmənməsi;
  • Texniki təmir və planlama şöbəsinin təlimatlarının, risklərin dəyərləndirilməsi formlarının və tələb olunan digər formaların hazırlanması və tətbiqinin təmin edilməsi;
  • SAP PM modulunda qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu kartlarının tərtibatına nəzarət və təmin edilməsi, iş siyahilərinin və təmir planının yaradılması. Təmir planlarının akriv və deaktiv edilməsinə nəzarət və təmin edilməsi;
  • Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin planlaşdırılması, qəza planlarının  və Təlimatların hazırlanması;
  • Zavod qaz təsərrüfatına aid olan qurğuları və alətləri dövlət qurumları tərəfindən həyata keçiriləcək yoxlamaları üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanmasından yaxından iştirak etmək;
  • Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi;
  • Korporativ tibbi sığorta;
  • Servis avtobusu;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
  • Unikal imtiyazlar paketi;
  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər

  • Mexanika, sənaye mühəndisliyi və elektrik və elektronika mühəndisliyi sahəsində ali bakalavr təhsili;
  • Bu vəzifədə və ya yaxın sahədə 3 il sement xammalları haqda biliklər;
  • Orta səviyyədə ingilis və rus dili biliyi;
  • MS Office kompüter proqramı üzrə bacarıqlar;
  • SAP. Ms Project;
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Bütövlük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma.

Oxşar vakansiyalar