Core Construction

Layihəçi konstruktor

Ə/h razılaşma ilə 904
Tam iş günü
Bakı, Azərbaycan
28.01.25 - 28.02.25

İş haqqında məlumat

  • Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması;
  • Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması;
  • Metal konstruksiyaların cizgilərinin yerli norma və qaydalara uyğun olaraq işlənilməsi, elementlərin birləşmə düyünlərinin detallı şəkildə hazırlanması;
  • Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;
  • Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq;
  • Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması;
  • İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət;
  • Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək;
  • Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi;
  • İş vaxtı : Həftə içi 6 gün;
  • İş Yeri : Hökməli.

Tələblər

  • Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə);
  • Sahədə minimum 3 il iş təcrübəsi;
  • AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı;
  • Tikinti normativləri və standartları üzrə biliklər;
  • Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi.

Oxşar vakansiyalar