AzerGold CJSC

Mexaniki işlər üzrə rəis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
22.05.23 - 21.06.23

İş haqqında məlumat

  • Avadanlıqların və mexanizmlərinin quraşdırılmasını, rüblük xəbərdarlıq təmirini və əsaslı təmirinə dair plan - qrafikin hazırlanması, tərtibi, təmini və yerinə yetirilməsi;
  • Avadanlıqların vəziyyətinə və düzgün işləməsinə texniki nəzarəti həyata keçirir;
  • Təsdiq edilmiş qeydiyyat jurnallarında yoxlamanın nəticələrini avadanlıqların istismara yararlılığını imzası ilə təsdiq edir;
  • Avadanlıqların təmiri üçün qüsur hesabatını tərtib edir;
  • Zəruri olan vacib ehtiyat hissələrinin, materialların və alətlərin alınması üçün rüblük və illik sifarişləri hazırlayır;
  • Avadanlıqların profilaktik təmir cədvəlinə uyğun olaraq təmir işlərinin aparılmasını təşkil edir və ona nəzarət edir;
  • İşin qaydasını, ardıcıllığını müəyyən edən, onların təhlükəsizliyini təmin etmək üçün lazımi materialların və vasitələrin mövcudluğunu müəyyən edən bütün təmir növlərinə dair təlimatları tərtib etməlidir;
  • Avadanlıqlarının quraşdırma və əsaslı təmirdən sonra istismara verilməsi üzrə komissiyaların işində iştirak etməlidir;
  • Dağ-mədən avadanlıqlarının təmiri və optimallaşdırılması ilə əlaqədar səmərələşdirici təkliflərə və ixtiralara baxır, onlara rəylər verir, qəbul edilmiş təkliflərin konkret istehsal şəraitində həyata keçirilməsini təmin etməlidir;
  • Təmir və digər işlər görüldükdən sonra personalın iş yerlərinin təmizliyini təmin etməlidir;
  • Əməyin mühafizəsi qayda və normalarının tələblərinə uyğun olaraq işin təşkilini təmin etməlidir;
  • İstehsal avadanlıqlarının, alət və alətlərin, nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizliyi təmin etməlidir;
  • İstehsalatda xəsarətlərin və peşə xəstəliklərinin qarşısının alınması üçün tədbirlər həyata keçirməlidir;
  • Təhlükəsiz iş iş şəraitinin yaradılması üçün ən yaxşı təcrübələri təbliğ edir və həyata keçirir;
  • Əməyin mühafizəsi sahəsində işçilərlə, onların səlahiyyətli nümayəndələri ilə əməkdaşlıq edir. İşçilərin iş şəraitinə nəzarət edir və nöqsanların aradan qaldırılması üçün tədbirlər görür;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00.

Tələblər

  • Təhsil: Aidiyyatı üzrə ali;
  • Təcrübə: Rəhbər kimi ən azı 3 il və avadanlıqların istismarı, təmiri üzrə texniki işlərdə ən azı 5 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri (texniki səviyyədə) arzuolunandır;
  • Liderlik qabiliyyəti, məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq, həm müstəqil həm də komandada işləmə təcrübəsi, eyni vaxtda bir neçə işə fokuslana bilməsi;
  • Dağ-mədən avadanlıqlarının təmirinin təşkili ilə bağlı digər rəhbər, metodiki və normativ materialları bilməlidir;
  • Sahənin texniki inkişafı perspektivləri, avadanlığın texniki xarakteristikalarını və konstruksiya xüsusiyyətlərini, təyinatını və iş rejimini, onun texniki istismarı qaydalarını bilməlidir;
  • Planlaşdırma üsulları, təmir işlərinin təşkili və texnologiyasını bilməlidir;
  • Avadanlıqların pasportlarının, istismar təlimatlarının, qüsurlu çıxarışların, təmir qrafiklərinin tərtib edilməsi qaydasını bilməlidir;
  • Avadanlığın təmirdən sonra qəbulu və təhvil verilməsi qaydalarını bilməlidir;
  • İstehsal texnologiyasının əsaslarını bilməlidir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar