GoldenPay

Məhsul sahibi

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
25.09.24 - 25.10.24

İş haqqında məlumat

  • Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırmaları aparmaq, potensial rəqibləri analiz etmək;
  • Məhsulun yol xəritəsinin (roadmap) hazırlanması;
  • Bazar tələbatını və müştəri istəklərini təhlil; edərək tələblər siyahısını formalaşdırmaq, backlogu yaratmaq və müntəzəm olaraq yeniləmək;
  • Məhsul üzrə uzunmüddətli vizyonun formalaşdırılması;
  • Bazar tələbləri üzrə prioritetlərin müəyyən edilməsi;
  • Məhsulun vizyonunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
  • Biznes müştərilərinin biznes proseslərini təhlil etmək və məhsulun müştərilərin məhsul və xidmətlərinə tətbiq üsullarını hazırlamaq;
  • Biznes prosesləri təhlil edərək Figma, Draw.io kimi alətlərdən istifadə edərək təsvir etmək;
  • Backlogdakı tapşırıqları komanda üzvlərinə və proqramçılara (developer) ətraflı şəkildə izah etmək;
  • Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
  • Bazarda baş verən tendensiyaları izləmək və sürətli reaksiyalar vermək;
  • Release və sprint planlamalarını həyata keçirmək;
  • Deadline-ları müəyyən etmək və release-ləri vaxtında icra etmək;
  • Qiymət strategiyasını müəyyən etmək;
  • Müştəri məmnuniyyətini artırmaq üçün lazımi tədbirlər görmək;
  • İştirakçılar (stakeholder) arasında görüşlər təşkil etmək;
  • Məhsul üzərində müntəzəm olaraq testlər aparmaq, hədəf auditoriyalar üzərində testlər keçirərək nəticələri dəyərləndirmək;
  • Tərəfdaşlıq və digər müqavilələrin hazırlanmasında inputlar təqdim etmək;
  • Məhsulun hazırlanmasında iştirak edən komanda üzvləri arasında şəffaf və düzgün kommunikasiya təmin etmək.

Tələblər

  • Ali təhsil (Biznes, marketinq, kompüter mühəndisliyi, İT və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili sərbəst, İngilis və ya Rus dilləri yaxşı səviyyədə;
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
  • Analitika bacarığı;
  • Texniki bacarıqlar;
  • Effektiv vaxt idarə etmə bacarığı;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Komanda ilə işləmə bacarığı;
  • MS Office, Figma, Draw.io, Visio, Miro proqramları ilə işləmə bacarığı;
  • PSPO I sertifikatı (üstünlükdür);
  • İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar