AzInTelecom MMC

Məhsul sahibi

Ə/h razılaşma ilə 151
Tam iş günü
Bakı, Azərbaycan
24.06.24 - 24.07.24

İş haqqında məlumat

  • Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizi;
  • Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
  • Bazar tələbatı üzrə prioritetlərin müəyyən edilməsi;
  • Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
  • Biznes proseslərin təhlil edilməsi və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir edilməsi;
  • Texniki tapşırığın hazırlanması;
  • Backlogda toplanmış tapşırıqların komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah edilməsi;
  • Developerlərin gördüyü işin qiymətləndirilməsi və feedback-lərin hazırlanması;
  • Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanın təmin edilməsi;
  • Komanda üzvləri içərisində əsas aparıcı rol, contact person olmaq, bütün proseslərdən məsul şəxs olmaq;
  • Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
  • Scrum metodologiyasının tətbiq edilməsi;
  • Məhsulda istifadə ediləcək məzmunların hazırlanması;
  • Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya verilməsi;
  • Məhsulun roadmap-in hazırlanması;
  • Stakeholder-lar arasında görüşlərin təşkil edilməsi;
  • Vendorlarla işləmək;
  • Hesabatların hazırlanması, həftəlik və aylıq;
  • Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və sair) proseslərin idarə edilməsi;
  • Elektron sənəd dövriyyəsi üzərindən daxil olmuş məktub və müraciətlərin rəsmi qaydada cavablandırılması;
  • Müştərilər üçün satış məqsədli təqdimatların hazırlanması.

Tələblər

  • Təhsil: Ali təhsil (Biznes, marketinq, kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, Figma, Draw.io proqramları ilə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis dili-səlis, rus dili (arzuolunan);
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
  • Analitika bacarığı;
  • Q&A bacarığı;
  • Texniki bacarıqlar;
  • Effektiv vaxt idarə etmə bacarığı;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar