Burger King

Marketinq üzrə mütəxəssis

Ə/h razılaşma ilə 77
Tam iş günü
Bakı, Azərbaycan
28.08.24 - 27.09.24

İş haqqında məlumat

  • Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin uzunmüddətli strategiyasının hazırlanmasında iştirak edir; 
  • İllik marketinq planlarını  tərtib edir, vəzifə və resursları müəyyənləşdirir;
  • Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaları aparır;
  • Bazarın araşdırılması, mövcud rəqabət mühitinin təhlili;
  • Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflər hazırlayır; 
  • Məhsul və xidmətlərə qiymət qoyulması prosesində iştirak edir;
  • İri müştərilər (alıcılar və satıcılar) axtarışı ilə məşğul olur, onlarla əlaqələr yaradır;
  • İqtisadiyyatın perspektivli sahələrində biznesin inkişaf etdirilməsi üçün strategiyanı və yanaşma üsullarını formalaşdırır və marketinq sahəsində müvafiq proqramların işlənməsini təmin edir; 
  • PR aksiyaların, reklam kompaniyaların, press-relizlərin hazırlanmasında yaxından iştirak edir;
  • Şirkətin “firma standartlarını”, emblemini, loqolarını hazırlayır və təkmilləşdirir;
  • Şirkət bloqunun moderasiyasını aparır;
  • SMM, PR və Reklam sahələrində işini yerinə yetirir;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin təhlili və seçimini  aparır;
  • Tizer və banner şəbəkələri ilə iş aparır;
  • Reklam kampaniyaları üçün kreativ ideyaların  təklifi;
  • Promo-aksiyalar üçün təkliflərin hazırlanmasını təşkil edir;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Tələblər

  • 25-40 yaş arasında;
  • Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi  sahəsində təhsil arzu olunandır);
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili bilikləri;
  • Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
  • İİKO və Microsoft Office proqramlarını bilməsi mütləqdir, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
  • Diqqətli, məsuliyyətli və  operativ olması;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.


Oxşar vakansiyalar