Bakı,
Azərbaycan
14.01.25
-
14.02.25
İş haqqında məlumat
- İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
- Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;
- Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlama;
- Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq;
- Brendlərin həyat siklini idarə etmək;
- Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək;
- Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək;
- Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək;
- Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək;
- Rəqib brendlərin məhsullarının kommunikasiya yenilikləri haqda hesabatları izləmək;
- Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq;
- İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirərək şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək;
- Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək;
- Promosyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək;
- Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək;
- Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq;
- Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
- Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq;
- Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq;
- Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq;
- İş qrafiki- həftədə 5 gün, 09:00-18:00;
- Ünvan: Bakı şəhəri , Babək pr Ə.Nəvai 17.
Tələblər
- Təhsil: Ali Menecment, biznesin idarəedilməsi, marketinq;
- Təcrübə müddəti: Uyğun vəzifədə -5 il;
- Dil Bilikləri: İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla);
- Kompyuter Bilikləri: MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi;
- İxtisas Bilikləri: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri;
- Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı;
- Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərə bilərlər.
Marketinq
Qida