Matanat A

Marketinq departamentinin direktoru

Ə/h razılaşma ilə 64
Tam iş günü
Bakı, Azərbaycan
13.02.24 - 14.03.24

İş haqqında məlumat

  • Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək;
  • Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək;
  • İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq Departamentinin iştirakını təmin etmək;
  • Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
  • Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək;
  • Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək;
  • Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; 
  • Məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək;
  • Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq;
  • Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirmək.

Tələblər

  • Yaş: 28-45;
  • Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
  • Təcrübə: Marketinq sahəsində minimum 5 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları;
  • Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili arzulolunandır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar