Melissa Group

Marketinq meneceri

2000 ₼ 170
Tam iş günü
Bakı, Azərbaycan
26.08.24 - 25.09.24

İş haqqında məlumat

  • Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi; 
  • Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması; 
  • Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; 
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi; 
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Qiymət strategiyasının işlənib hazırlanması; 
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi; 
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
  • Marketinq sahəsində azı 3 il, marketinq rəhbəri vəzifəsində isə azı minimum 1 il iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;  
  • Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması; 
  • Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
  • Tikinti sektorunda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.


Oxşar vakansiyalar