Bakı,
Azərbaycan
31.07.24
-
30.08.24
İş haqqında məlumat
- Müəssisənin aylıq, rüblük, illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;
- Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun olaraq təşkil olunmasına nəzarət;
- Müəssisədə büdcə və hesabatlılıq, vergi, xəzinədarlıq, xərclərə nəzarət, layihələrin idarə olunması kimi funksiyalara nəzarət və onların optimallaşdırılması;
- Müəssisənin aktivlərinin qorunması məqsədilə daxili prosedurların icrasına nəzarət etmək və onları optimallaşdırılması;
- Müəssisədə effektivliyin artırılması məqsədilə əməliyyatların avtomatlaşdırılmasına dair tədbirləri həyata keçirilməsi;
- Müəssisənin maliyyə göstəricilərinin analizi məqsədilə KPİ sisteminin formalaşdırılması;
- Xarici və daxili audit yoxlamalrının həyata keçirilməsi üçün tələb olunan işlərin yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi;
- Korporativ nömrə verilir;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Luxen Plaza.
Tələblər
- Təhsil: Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil;
- Təcrübə: Maliyyə sahəsində 5 il iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri), ERP proqramları ilə işləmə bacarığı (1C, SAP və s.);
- Dil bilikləri: Rus və İngilis dilləri üzrə biliklər üstünlükdür;
- Tikinti və istehsal sahəsində sahəsində iş və ya audit təcrübəsi üstünlükdür;
- ACCA, CFA, CIMA və yaxud analoji sertifikatların olması (və ya çox hissəsinin verilməsi) üstünlükdür.
Maliyyə
Tikinti və təmir
Elanın müddəti bitmişdir