Bakı,
Azərbaycan
10.10.24
-
10.11.24
İş haqqında məlumat
- Gəlirlərin və xərclərin təhlili: Şirkətin maliyyə axınlarını izləmək, gəlirlərin mənbələrini və xərcləri təhlil etmək;
- Maliyyə planlaşdırılması: Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə strategiyalarını hazırlamaq və həyata keçirmək;
- Büdcə idarəçiliyi: Layihələr üzrə büdcə təhlili, nəzarəti və optimallaşdırılması;
- Maliyyə hesabatları: Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Maliyyə risklərinin qiymətləndirilməsi: Potensial riskləri müəyyənləşdirmək və risklərin idarə edilməsinə dair təkliflər verm;
- Vergi və mühasibatlıq məsələlərinin həlli: Vergi qanunvericiliyinə uyğun olaraq mühasibatlıq və vergi öhdəliklərinin yerinə yetirilməsi;
- İnvestisiya analizi: Potensial investisiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi;
- Maliyyə əməliyyatlarına nəzarət: Pul axınlarının düzgün idarə olunmasını təmin etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
- İdarə heyətinə dəstək: Şirkət rəhbərliyinə strateji maliyyə məsələləri ilə bağlı məsləhətlər vermək və qərarların qəbul edilməsinə dəstək olmaq;
- Maliyyə göstəricilərinin monitorinqi: Şirkətin maliyyə göstəricilərini izləmək və təhlil etmək, anomaliyaları və trendləri müəyyən etmək;
- İş günləri: 5 günlük iş qrafiki;
- Nahar fasiləsi: 13:00 -14:00.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahələr üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Tikinti və ya digər sənaye sahələrində maliyyə analizi və idarəetmə sahəsində ən azı 3-5 illik iş təcrübəsi;
- Büdcə planlaşdırılması, maliyyə təhlili və hesabatlarının hazırlanması üzrə dərin bilik və təcrübə;
- Mühasibatlıq standartları, yerli və beynəlxalq maliyyə qanunvericiliyi, xüsusilə tikinti layihələri üzrə təcrübə;
- Məlumatları təhlil etmək, nəticə çıxarmaq və maliyyə qərarlarını dəstəkləyəcək təkliflər irəli sürmək bacarığı;
- Maliyyə idarəetmə proqramları (məsələn, 1C, ERP sistemləri) və MS Excel-də güclü bacarıqlar;
- Kommunikasiya bacarıqları: Yazılı və şifahi ünsiyyət, həmçinin təqdimat bacarıqları, rəhbərlik və komandalarla effektiv əməkdaşlıq etmək qabiliyyəti.
Maliyyə
Tikinti və təmir
Elanın müddəti bitmişdir