Bakı,
Azərbaycan
03.12.24
-
03.01.25
İş haqqında məlumat
- Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Əməliyyat, ödəniş və kommunikasiya proseslərinin fasiləsiz işinə nəzarət etmək;
- Əmək müqaviləsinə əsasən işə qəbul;
- Karyerada yüksəliş imkanı;
- Əmək haqqı: net + bonus;
- İş saatı: 10:00-19:30;
- İstirahət günləri: həftə içi 1 gün;
- İş rejimi: 6 günlük;
- Ünvan: Sumqayıt və Bakı şəhəri.
Tələblər
- Bəy namizəd;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
- Problemləri effektiv şəkildə həll etməli;
- Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
- İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.
İnzibati, Biznes, İdarəetmə
Ticarət