ATEF Şirkətlər Qrupu

Logistika üzrə mütəxəssis

800 - 1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
26.04.24 - 26.05.24

İş haqqında məlumat

  • Aidiyyəti şöbə(lər)dən daxil olan məlumatlar əsasında daşınacaq yüklərin siyahısının tərtib edilməsi;
  • Yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması;
  • Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
  • Malların daşıyıcısını müəyyənləşdirmək və nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
  • Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi sənədlərin toplanıb, tam həcmdə və təyin olunmuş zaman kəsiyində aidiyyəti əməkdaşlara təqdim edilməsi;
  • Daşınmanın maneəsiz həyata keçirilməsi üçün lazımi nəqliyyat sənədlərinin hazırlanıb, aidiyyatı tərəfə təqdim olunması və yük təsliminə qədər nəzarətdə saxlanılması;
  • Yük yolda olduğu müddətdə daşınmanı izləmək, nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərində dəyişikliklərin edilməsi;
  • Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi həmçinin hesabatların hazırlanması;
  • Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
  • Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
  • Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
  • Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
  • Yeni daşıyıcı şirkətlər araşdırıb tapmaq;
  • Nahar müəssisə tərəfindən təmin edilir;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Kompüter bacarıqları: MS Office  proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL - yüksək səviyyədə);
  • Problemləri həll etmə bacarığı;
  • Diqqətcil olmalı;
  • Təhlil etmə bacarığı;
  • Kargüzarlıq qaydaları haqqında biliklər;
  • Ünsiyyət qurma bacarığı;
  • INCOTERMS-2010 & 2020 (Beynəlxalq Ticarət Sövdələşməsi) qaydaları haqqında biliklər;
  • Coğrafi, riyazi və məntiqi biliklər;
  • Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən    normativ hüquqi aktların tələblərini bilməlidir;
  • Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
  • Logistik informasiya sistemləri və onların funksiyalarını bilməlidir;
  • Logistika planlaşdırmasında proqnozlaşdırma prinsiplərini bilməlidir;
  • Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
  • Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
  • Biznes planlarının, müqavilələrin, sazişlərin hazırlanması qaydasını bilməlidir;
  • Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir.


Oxşar vakansiyalar