Azersun Holding

Logistika müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
01.05.24 - 31.05.24

İş haqqında məlumat

  • Nəqliyyat və logistika ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli;
  • Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli;
  • Sürücülərin xüsusi qrafiklərinin hazırlanmasını təmin etməli;
  • Logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürməli;
  • Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasını təşkil etməli;
  • Yeni nəqliyyat vasitələrinin Yol Polisi İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesini təşkil etməli;
  • Yeni nəqliyyat vasitələrinin lazımi sığorta növləri ilə təmin edilməsini təşkil etməli;
  • Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və lazım olduqda təmirini təşkil etməli;
  • Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etməli;
  • Təmirə dayanan avtomobillerin vaxtında təmir olunması, ehtiyat hissələrinin vaaxtında gətirilməsi lazım olan ehtiyat hissəsinin və inventarın təcili tapılmasının təşkilini təmin edir;
  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edir;
  • Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasını təşkil etməlidir;
  • İş saatı: 5 günlük.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Nəqliyyat və ya logistika sahəsində ən azı 7 il təcrübəsi olmalı;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook) proqram paketi ilə işləməyi bacarmalıdır;
  • Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini yaxşı tanımalı;
  • Yol hərəkəti qaydalarını yaxşı səviyyədə bilməli;
  • Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı;
  • Araşdırma və analiz bacarığı olmalı.


Oxşar vakansiyalar