Bakı,
Azərbaycan
26.08.24
-
25.09.24
İş haqqında məlumat
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri ilə olan münasibətlərin tənzimlənməsi;
- Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
- Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi;
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi;
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan – 18:00 -dək, şənbə: 09:00-dan – 13:00-dək.
Tələblər
- İnşaat Mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
- Punktuallıq və məsuliyyət;
- İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;
- Ezamiyyətlərə getməyə hazır olmalı;
- Microsoft Office, Auto Cad və s. proqramlarında işləmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir
Elanın müddəti bitmişdir