Cəbrayıl,
Azərbaycan
20.08.24
-
19.09.24
İş haqqında məlumat
- Müəssisədən kənarda sınaq nəticələrinin və müştəri məlumatlarının məxfiliyini təmin etmək;
- Tikinti materiallarından (doldurucular, beton, kimyəvi əlavələr, sement və sair) standart nümunə alma prosedurlarına uyğun olaraq nümunələrin alınması;
- AZS İSO/İEC 17025:2020 standartının 6.2.5 bəndinin əsasən, Holcim Hazır Beton keyfiyyət laboratoriyasında hər bir sınağın aşağıdakı standartlara uyğun olaraq aparılması və öz imzası ilə təsdiq etməsinə səlahiyyətli olması və buna görə məsuliyyət daşıması;
- Keyfiyyətə Planında təsvir olunan bütün sınaqlar (HBQ-da konus çökməsi və temperatur sınaqları, kimyəvi əlavələrin sınaqları, doldurucuların sınaqları və bərkimiş betonun sınaqları) dəqiq və vaxtında AZS, AASHTO, ASTM, DINŞ EN, BS, GOST və digər standartların sınaq prosedurlarına uyğun olaraq həyata keçirilməsi;
- Müşahidə edilən uyöunsuzluqlar barədə dərhal Xətt Rəhbərinə məlumat vermək;
- Sahə və laboratoriya sınaq nəticələrinə uyğun protokollarının hazırlanması;
- Bütün sınaq nəticələrinin dəqiqli və vaxtında qeydiyyata alınması;
- İstifadə etdiyi avadanlıqların saz vəziyyətdə saxlanılması və nasazlıq yarananda dərhal Xətt Rəhbərinə məlumat vermək;
- Görülən bütün keyfiyyət təminatı müddəalarına əməl olunmasını təmin etmək;
- HBQ-na tikinti sahəsində keyfiyyətinə cavabdehlik;
- Məhsulun keyfiyyətindən olan şikayətlərin həllində iştirak etmək;
- Səlahiyyətli Menecer tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmə;
- Bütün təşkil edilən daxili təlimlərdə iştirak etmək;
- Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədi ilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olamq və ona əməl olunmasına ciddi riayət etmək.
Tələblər
- Tələb olunan təhsil (qanunla təsdiq olunan sənəd);
- Tikinti və İnşaat sahəsində Orta İxtisas və ya ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- İş vaxtının 100%-ni Azərbaycanın hər bir ərazisinə səfər etməyə hazır olması.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir