Floorex

Korporativ satış təmsilçisi

700 - 1500 ₼ 127
Tam iş günü
Bakı, Azərbaycan
18.01.24 - 17.02.24

İş haqqında məlumat

  • Tikinti şirkətləri, dizayn-memar studiyaları, otel, restoran, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə yer örtüyünün tanıtımını və aktiv satışını həyata keçirmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
  • Şirkət tərəfindən müəyyən edilmiş korporativ satış planını həyata keçirmək;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
  • Mütəmadi olaraq potensial müştərilərin axtarılması, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər hazırlamaq;
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Rəhbərliyə müəyyən edilmiş hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi.

Tələblər

  • Yaş: 22-45;
  • Təcrübə: 3 ildən yuxarı;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli (rus və ingilis dililəri arzuolunandır);
  • Kompüter bacarıqları: 1C proqramı ilə işləmə bacarığı;
  • Şəxsi avtomobilin olması;
  • Ünsiyyətcil və inandırma bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Satış analizini aparmaq bacarığı;
  • Satış (xüsusilə korporativ satış) sahəsində təcrübə.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar