Баку,
Азербайджан
18.01.24
-
17.02.24
O работе
- Tikinti şirkətləri, dizayn-memar studiyaları, otel, restoran, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə yer örtüyünün tanıtımını və aktiv satışını həyata keçirmək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
- Şirkət tərəfindən müəyyən edilmiş korporativ satış planını həyata keçirmək;
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər hazırlamaq;
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
- Satışın stimullaşdırılması üçün təkliflər vermək;
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
- Rəhbərliyə müəyyən edilmiş hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi.
Требования
- Yaş: 22-45;
- Təcrübə: 3 ildən yuxarı;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli (rus və ingilis dililəri arzuolunandır);
- Kompüter bacarıqları: 1C proqramı ilə işləmə bacarığı;
- Şəxsi avtomobilin olması;
- Ünsiyyətcil və inandırma bacarığı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satış analizini aparmaq bacarığı;
- Satış (xüsusilə korporativ satış) sahəsində təcrübə.
Продажи
Строительство
Срок действия задания истек