Bakı,
Azərbaycan
08.10.24
-
08.11.24
İş haqqında məlumat
- Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
- Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin olunması;
- Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
- Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi.
Tələblər
- 23-30 yaş arasında;
- Hüquq sahəsində ali təhsil;
- Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
- Korporativ hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Xasiyyətnamə tələb olunur.
Hüquqşünaslıq
Qida