Burger King

Korporativ Hüquqşünas

По соглашению 244
Полн. занятость
Баку, Азербайджан
08.10.24 - 08.11.24

O работе

  • Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
  • Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin olunması;
  • Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
  • Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
  • Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
  • Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
  • Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi.

Требования

  • 23-30 yaş arasında;
  • Hüquq sahəsində ali təhsil;
  • Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
  • Korporativ hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.